MENU (1)

Özümsən Mənim - Şöhrət Məmmədov 「Mahnı Sözləri」

Bir sevgi nağılı yazdım səninlə
Eşqin dalanında azdım səninlə
Ayrılığa quyu qazdım səninlə
Sonunda anladım özümsən mənim.


Özümsən Mənim 「Mahnı Sözləri」 - Şöhrət Məmmədov

Bir sevgi nağılı yazdım səninlə
Eşqin dalanında azdım səninlə
Ayrılığa quyu qazdım səninlə
Sonunda anladım özümsən mənim.

* Nəqarət *

Dilimdən düşməyən sözümsən mənim
Bu dünyanı görən gözümsən mənim
Səndən gizli nəyim olar ki, yarım?
Sən axı bilirsən ki, özümsən mənim.

**


Kimə güvəndimsə ondan vuruldum
Mən sevgimiz uğrunda yaman yoruldum
Axı səndən başqasına mən kor oldum
Sənə sevgi ilə baxan gözümsən mənim.